Hacı Şahin Həsənli ABNA Xəbər Agentliyinin direktorununa cavab məktubu yazıb

"Rəhbərlik etdiyiniz agentliyin internet səhifəsinin Azərbaycan dilli versiyasında bizimlə bağlı yanlış məlumatın səhvən verilməsini anlayır və bunun əməkdaşlığımıza əngəl törətməyəcəyinə ümid edirik"

Əhli-Beyt(ə) Xəbər Agentliyinin (ABNA) direktoru

Seyyid Əlirza Həsəni Arif cənablarına

 Hörmətli cənab Seyyid Arif,

 Sizi salamlayır, göstərdiyiniz hörmət və diqqətə görə öz təşəkkürümüzü bildiririk.

Rəhbərlik etdiyiniz agentliyin rəsmi internet səhifəsinin Azərbaycan dilli versiyasında bizimlə bağlı yanlış məlumatın səhvən verilməsini anlayır və bu hadisənin əməkdaşlığımıza əngəl törətməyəcəyinə ümid edirik.

 İmam Hüseynin (ə) bu əza günlərində Sizə bir daha baş sağlığı verir və Allahdan şərəfli işinizdə müvəffəqiyyət diləyirəm.

 Dərin hörmət və ehtiramla,

 Hacı Şahin Həsənli

Ahlibeyt.az

В этом разделе