Hacı İlqar bu barədə bəyanatla çıxış edib
Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi son günlərdə  ilahiyyatçılara qarşı təqibləri pisləyən bəyanatla çıxış edib. DEVAMM  sədri Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda bildirilir ki, son  günlərdə ilahiyyatçılara qarşı əsassız və qeyri-hüquqi addımlar atılması  böyük narahatlıq doğurur: “Son günlərdə ilahiyyatçılar az qala kütləvi  surətdə hüquq-mühafizə orqanlarına çağırılır, onların bir hissəsi  inzibati həbslərə belə məruz qalır. İş o yerə çatıb ki, Əhli-beyt (ə)  məddahları belə polisə çağırılır. 
Diqqətə çatdırmağı lazım bilirik  ki, bu hərəkətlər qüvvədə olan qanunvericiliyin, insan haqlarının kobud  surətdə pozulması kimi qiymətləndirilir. DEVAMM olaraq, bu faktlardan  ciddi narahatlığımızı ifadə edir, əlaqədar qurumlara bu vəziyyətə son  qoymaqla bağlı çağırış edirik” /deyerler/














