GUAM-da sədrlik Azərbaycana keçib

Yanvarın 1-dən etibarən bir il ərzində Azərbaycan GUAM-da sədrlik edəcək

SalamNews-un verdiyi xəbərə görə, təşkilatda sədrliyi dövründə Azərbaycanın əsas prioriteti GUAM məkanında münaqişələrin həlli, hüquq-mühafizə sahəsində əməkdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində işbirliyi, GUAM çərçivəsində parlamentlərarası əlaqələrin inkişafı olacaq.

Azərbaycanın GUAM-da sədrliyi ilə bağlı qərar ötən il dekabrın 7-də GUAM Xarici İşlər Nazirləri Şurasının Vilnüsdə keçirilmiş toplantısında qəbul edilib.

В этом разделе