Fəvvarələr meydanında polis və müxalifət tərəfdarları arasında qarşıdurma yaranıb
Bu gün Bakıda İctimai Palatanın razılaşdırılmamış etiraz aksiyası  keçirilib. ANS PRESS-in məlumatına görə, aksiyanın təyin olunduğu  “Fəvvarələr” meydanına buraxılmayan müxalifətçilər paytaxtın ayrı-ayrı  hissələrində qrup halında müxtəlif şüarlar səsləndiriblər.
 
 Aksiya iştirakçıları “28 May” küçəsi və “Azadlıq” prospekti  istiqamətində toplaşmağa cəhd etsələr də, polis aksiya cəhdinin  qarşısını alıb. Bir qrup aksiya iştirakçısı is şüarlar  səsləndirə-səsləndirə Füzuli küçəsi ilə Dövlət Dram Teatrına doğru  irəliləyib. 
 
 Etiraz aksiyası zamanı Səməd Vurğun küçəsində bəzi mağazaların,  tikililərin, habelə “Bank Standard”ın şöbəsinin pəncərələrinin şüşələri  və qapısı sındırılıb. Aksiyanın təşkilatçıları isə bildirib ki, baş  vermiş hadisə təxribatçılar tərəfindən törədilib.
 
 Xeyli sayda saxlanılanların olduğu bildirilir. Saxlanılanlar arasında  "Müsavat" partiyasının İcra Aparatının sədri Arif Hacılının da olduğu  bildirilir.














