ABŞ Dövlət Departamentinin 2012-ci ildə dünya ölkələri üzrə insan haqlarının vəziyyətinə dair hesabatı açıqlanıb
SalamNews-un ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi məlumata görə, hesabatda deyilir ki, separatçılar Ermənistanın dəstəyi ilə Dağlıq Qarabağ və Azərbaycanın 7 rayonunu nəzarət altında saxlamağa davam edirlər. Dağlıq Qarabağın yekun statusu Rusiya, Fransa və ABŞ-ın rəhbərliyi ilə ATƏT-in Minsk qrupunun beynəlxalq vasitəçiliyinin predmeti olaraq qalır.