Ermənilər Azərbaycan Ordusunun hərbçisini yaralayıblar
APA-nın məlumatına görə, hadisə cəbhənin Ağdam istiqamətində qeydə alınıb.
Milli Ordunun giziri, 22 yaşlı Alim Vəli oğlu Məcidov Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində düşmən gülləsinə tuş gəlib. Kürəyindən güllə yarası alan hərbçi hospitala yerləşdirilib.
Onun vəziyyəti orta ağır qiymətləndirilir.