Ermənilər atəşkəsi pozmaqda davam edirlər

Azərbaycan Ordusunun üzbəüz mövqeləri avtomat və pulemyotlardan atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə,Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 7-də saat 21.30-dan 21.45-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən, iyunun 8-də saat 00.10-dan 00.30-dək və 00.20-dən 00.40-dək Ağdam rayonunun Qaraqaşlı və Kəngərli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub. 


В этом разделе