Erməni silahlı bölmələri bir neçə istiqamətdə atəşkəsi pozub

Erməni silahlı bölmələri bu gecə bir neçə istiqamətdə atəşkəsi pozub.

313news.net-in APA-ya istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskevan, Voskepar və Şavarşavan, işğal olunmuş Füzuli rayonunun Aşağı Seyidəhmədli, Xocavənd və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəş açıblar.

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

В этом разделе