Erməni silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini atəşkəsə tutmaqda davam edir

313news.net-in APA-ya istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz, Ağdam rayonunun Baş Qərvənd, Şıxlar, Şirvanlı və Şurabad, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

В этом разделе