Ərdoğan Türkiyə-Ermənistan sərhədinin açılma ehtimalından danışdı

Baş nazir: "Qarabağ məsələsinin həlli yolları tapılmayınca Türkiyə və Ermənistan arasında sərhədi açmağımızdan söhbət gedə bilməz"

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, başda təbii ki, ATƏT-in Minsk qrupu olmaqla bu məsələnin həlli yolları tapılmayınca, oradan bir və ya iki rayonun məsələsi həll etməyincə bizim Türkiyə və Ermənistan arasında sərhədi açmağımız və sairdən söhbət gedə bilməz".

Bunu ötən gün prezident İlham Əliyevlə birgə mətbuat konfransı keçirən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. Sərhədlərinin yenidən açıqlaması məsələsinin yenidən gündəmə gətirilməsi barədə suala cavab verən Ərdoğan bunun iqtidarda olduqları müddətdə həmişə söylədikləri söz olduğunu deyib.

"Belə bir addım ata bilmərik. Bizim atacağımız bütün addımların məqsədi budur: hazırda işğal altındakı torpaqlardan ermənilər çıxmalıdır. Bu, beynəlxalq qurumlar tərəfindən də “Bura Azərbaycanındır” deyilməsinə rəğmən hələ də torpaqların buranın haqq sahiblərinə verilməmiş olması bizim mövqeyimizi aydın və dəqiq şəkildə ortaya qoyur. Bizim mövqeyimiz də burada Ermənistan ilə bağlı atdığımız qətiyyətlə addım, tutduğumuz mövqe nədirsə bundan sonra da eyni şəkildə davam edəcək".

Baş nazir bu prosesdə maraqlı tərəf olaraq hər zaman Azərbaycanın yanında olmağa davam edəcəklərini qeyd edib.

TREND

В этом разделе