Dmitri Medvedev Azərbaycana səfər edəcək

Dmitri Medvedev

Rusiya prezidenti Xəzəryanı ölkələrin dövlət başçılarının sammitində iştirak edəcək

Rusiya prezidenti Dmitri Medvedev Azərbaycana səfər edəcək. "ANS PRESS"-in məlumatına görə, səfər noyabrın 18-də baş tutacaq. Belə ki, Rusiyanın dövlət başçısı Bakıda keçiriləcək Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinə qatılacaq.

Qeyd edək ki, zirvə toplantısına 5 Xəzəryanı ölkənin - Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan rəhbərləri qatılacaq.

В этом разделе