Hacı İlqar İbrahimoğlu Quran hafizinin azadlığa buraxılmasını istəyir
Daxil olan məlumata görə, tanınmış ilahiyyatçı Hacı Zülfüqar Mikayılzadə  Kürdəxanı təcridxanasındadır. Ona qarşı hansı ittihamların irəli  sürülməsi və həbsinin səbəbləri barədə məlumat verilmir. DEVAMM sədri  Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda bildirilir ki, Hacı Zülfüqar  Mikayılzadə - savadlı və vətəndaş mövqeli bir ilahiyyatçıdır və onun  həbsi yalnız hansısa anlaşılmazlıqlar üzündən baş verə bilər.
DEVAMM  Hacı Zülfüqar Mikayılzadənin həbsini pisləyir və onun tez bir zamanda  azadlığa buraxılması üçün əlaqədar dövlət qurumlarına müraciət edir. /deyerler/














