Daha çox əməli fəaliyyətə üstünlük verəcəm və dindar kontingentlə sıx işləyəcəyəm - DQİDK sədri

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yeni sədri Elşad İskəndərov görəcəyi işlər barəsində söz açıb

SalamNews-un verdiyi xəbərə görə, qurumun yeni sədri vurğulayıb ki, ölkədə Dövlət Komitəsinin fəaliyyəti barədə normativ baza yaradılıb və bu sahədə normativ aktlar qəbul edilib. Paytaxtda, o cümlədən bölgələrdə strukturlaşma həyata keçirilib.

"Vəzifəmi bu müsbət işlərin davam etdirilməsində görürəm. Mən daha çox əməli fəaliyyətə üstünlük verəcəm və dindar kontingentlə sıx işləyəcəyəm. Onların problemlərini çevik şəkildə həll etmək fikrindəyəm. Dini Qurumlar tərəfindən, istər müsəlman, istərsə də qeyri-müsəlman icmalarına gündəlik fəaliyyətlərində zəruri dəstək göstəriləcək", - Elşad İskəndərov deyib.

В этом разделе