“Dünyanın hər bir ölkəsində müsəlmanlar müsəlmanları qardaş, bacı bilir və müsəlmanların problemi özünə müsəlman deyən hər bir kəsin problemi olmalıdır”
Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə Iran Islam Respublikası rəhbərlərini bu ölkə ərazisində uzun müddətdir ki, heç bir məlumat verilmədən saxlanılan iki müsəlmanın azad edilməsi istiqamətində tədbirlər görməyə çağırıb- "anspress" xəbər verir.
O deyib ki, dünyanın hər bir ölkəsində müsəlmanlar müsəlmanları qardaş, bacı bilir və müsəlmanların problemi özünə müsəlman deyən hər bir kəsin problemi olmalıdır: “Təəssüf ki, İranda da iki ölkə arasında münasibətlərin səmimiyyət və dostluq çərçivəsində qalmasında maraqlı olmayan qüvvələr var”.
Şeyx daha sonra bildirib ki, o İranın dini rəhbərliyinin işə qarışacağına və şəxsən cənab Xameneyinin hər iki gənc soydaşımızın - Fərid Hüseyn və Şəhriyar Hacızadənin sağ-salamat geri dönməsi üçün əlindən gələni edəcəyinə bel bağlayır.