Bu gün paytaxda izdihamlı bayram namazları qılınıb

Havanın kəskin olmasına baxmayaraq, insanlar məscidlərə axışıblar

Bu gün mübarək Qurban bayramıdır. İslam dininin bu müqəddəs bayramının mühüm adətləri içində bayram namazı xüsusi yer tutur. Bununla əlaqədar bu gün səhər paytaxt məscidlərində insanların izdihamı müşahidə edilib. Qarlı və küləkli hava şəraitinə baxmayaraq insanlar məscidlərə bayram namazlarına üz tutublar.

Paytaxtın "Məşhədi Dadaş" məscidində də səhər saatlarında bayram namazı qılınıb. Namazda minlərlə insan iştirak edib. 313news.net-in məlumatına görə, bayram namazı Hacı Əkrəm Əliyevin imaməti ilə qılınıb. Namazdan əvvəl təbriklər deyilib, dualar edilib. İnsanlar çoxluğundan və çöldə pis hava şəraitinə görə namaz qılmaq çətin olduğundan, ikinci dəfə də namaz qılınıb.

В этом разделе