Bu gün “Məşədi Dadaş” məscidində bayram namazı qılınacaq - Hacı Şahin Həsənli

"Fitr bayramı islamın ən müqəddəs bayramlarından biridir və islam təqvimində özünə məxsus bir yeri var"

Bu barədə SalamNews – a ilahiyyatçı Hacı Şahin Həsənli bildirib.

O, sabah Şəvval ayının biri olduğunu qeyd edərək, bütün oruc tutanların ibadətlərinin Allahdan qəbul olunmasını arzu edib: “Arzu edirəm ki, Uca Yaradan bütün hacətlərimizi, niyyətlərimizi həyata keçirsin”.

İlahiyyatçı onuda bildirdi ki, sabah paytaxtın “Məşədi Dadaş” məscidində bayram namazı qılınacaq. Namaz Bakı vaxtı ilə saat 9:00 – da başlayacaq.

В этом разделе