Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi günüdür

Azərbaycan Respublikası 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyətinin davamçısı, varisi elan olunub

Bu gün oktyabrın 18-i Azərbaycanın dövlət müstəqilliyi haqqında konstitusiya aktının qəbul olunduğu gündür. İstiqlaliyyətimizi yenidən qazanmağımızın19 yaşı tamam olur. Beləliklə, 1991-ci ilin bu günü Azərbaycan respublikası 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyətinin davamçısı, varisi elan olundu. Ötən əsrin əvvələrində cəmi 23 ay müstəqil olan Azərbaycan yenidən azadlığa qovuşdu.

Bütün təbii sərvətlərin xalqa mənsubluğu haqda qərar qəbul edildi. Daha sonra himnimiz, gerbimiz və dövlət bayrağımız qəbul olundu. Elə həmin aktdan bəri Azərbaycan bütün sahələrdə beynəlxalq sazişlərə imza atmağa başladı, müstəqil inkişaf yoluna qədəm qoydü. Konstitusiya aktı həm də siyasi və iqtisadi münasibətlərin yeni fundamental prinsiplərini müəyyən etdi.

Bayramınız mübarək!

В этом разделе