Bakıda kolbasa sexində partlayış

Bakıda kolbasa sexində partlayış baş verib:ölənlər var.

313news.net saytının ANS PRESS-ə istinadən verdiyi məlumata əsasən Bakıda partlayış baş verib. Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə səhər saat 11:30 radələrində Nərimanov rayonu, Ağa Nemətulla küçəsində baş verib. Partlayışın ərazidə fəaliyyət göstərən kolbasa sexində qeydə alınıb. Hadisə yerinə 3 yanğınsöndürən maşın yollanıb. Hadisənin nə səbəbdən baş verdiyi barədə hələlik məlumat verilməyib.Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb.

Qeyd edək ki, hadisə şahidlərinin sözlərinə görə, partlayışa səbəb qaz sızması olub.

В этом разделе