Bakıda İran bayrağı tərsinə qoyuldu

İran KİV-ləri hadisədən narazılığını bildirib

İran KİV-ləri Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Bakıya rəsmi səfərə gəlmiş İranın mədəniyyət və irşad naziri Seyyid Məhəmməd Hüseyni ilə görüşü zamanı İran bayrağı ilə bağlı hadisədən narazılığını bildirib.

SalamNews -un verdiyi xəbərə görə, masa üzərindəki İranın üçrəngli bayrağında rənglərin ardıcıllığı pozulub.

Xatırladaq ki, belə xoşagəlməz hallar İranda Azərbaycan bayrağı ilə bağlı dəfələrlə baş verib.

В этом разделе