Bakıda Fransa səfirliyi qarşısında aksiya keçirildi

Etirazçılar Fransa bayrağı endirilənə kimi səfirliyinin qarşısında analoji aksiyaların davam edəcəyini bildiriblər

Bu gün Qarabağ Azadlıq Təşkilatı (QAT) Frasanın ölkəmizəki səfirliyinin qarşısnda aksiya keçirdi. Fransa parlamentinin qondarma “erməni soyqırımı”nı inkar edənlər üçün cinayət məsuliyyəti nəzərdə tutan qanunun qəbul edilməsinə etiraz olaraq keçirilən icazəli aksiyada QAT-ın fəal üzvləri “Rədd olsun Fransa”, “Haray, haray mən türkəm”, “Fransa Minsk qrupundan çıxarılsın”, “Ermənistan işğalçı, Fransa yalançı”, “Erməni işğalına son” kimi şüarlar səsləndirildi.

Əllərində Azərbaycan bayrağı tutan etirazçılar “Fransa bayrağı endirilməlidir”, “Fransa və Ermənistan sülhün düşmənidir”, “Ermənistanın yalanlarına son qoyun!” kimi şüarlar səsləndiriblər. Onlar qeyd ediblər ki, Türkiyə yox, Fransa soyqırım törədib və düşmən mövqedə duran Fransa Minsk qrupu həmsədrliyindən çıxarılmalıdır.

Təşkilatı üzvləri əllərində plakat və bayraqlarla Fransa səfirliyinə doğru yürüş etməyə başladılar. Aksiya bəyanatın Fransa səfirliyinə verilməsi ilə başa çatdı. Aksiya icazəli olduğundan polis müdaxiləsi olmadı.

В этом разделе