Azərbaycanlı zəvvarları daşıyan 18 avtobusdan ibarət karvan İordaniyadan Səudiyyə Ərəbistanı ərazisinə keçib
APA-nın məlumatına görə, zəvvarların oktyabrın 28-də günortadan sonra Səudiyyə Ərəbistanının Mədinə şəhərinə çatacağı gözlənilir.
 
 Qeyd edək ki, zəvvarların ikinci qrupunda 26 avtobus var.
 
 Zəvvarlar bu il Suriyada baş verən hadisələrlə əlaqədar Həccə  Azərbaycan-İran-İraq-İordaniya-Səudiyyə Ərəbistanı marşrutu üzrə hərəkət  edirlər.














