Separatçı Dağlıq Qarabağ rejimi “Stepanakert aeroportu”ndan ilk reysin ləngiməsinin səbəblərini açıqlayıb
““Stepanakert aeroportu”ndan ilk reysin ləngiməsi uçuşların təhlükəsizliyinin təminatı üçün müasir sistemlərin olmaması ilə əlaqədardır. Biz beynəlxalq aviasiya strukturlarının bütün tələblərini nəzərə alırıq”. APA-nın məlumatına görə, bu fikirləri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış separatçı qurumun “baş naziri” Ara Arutyunyan deyib.
Onun sözlərinə görə, aeroport müasir infrastruktur tələblərinə uyğun gəlməlidir: “Müasir təhlükəsizlik sisteminin qurulması əlavə vaxt tələb edir. Uçuş xətti elə qurulub ki, təyyarələrin Azərbaycanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulması şansı sıfıra bərabərdir, erməni HHM isə əlavə müdafiəni təmin edir”.