Bu barədə təhsil naziri Misir Mərdanov deyib
Lent.az-ın müxbirinin verdiyi məlumata görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında söyləyib. 
 
 Təhsil naziri deyib ki, son vaxtlar Azərbaycan Müəllimlər İnstitutunda  və digər başqa təhsil müəssisələrində hicabla məktəbə gələn tələbələrin  dərsə buraxılmaması barədə şikayətlər eşidilir. Misir Mərdanov qeyd edib  ki, Təhsil Nazirliyi bu məsələdə ali və orta məktəb rəhbərliyinin  mövqeyini dəstəkləyir. Onun sözlərinə görə, orta məktəblərdə 1-ci  sinifdən 11-ci sinfə qədər  hər bir məktəbli məktəbli formasında  dərslərdə iştirak etməlidir.  Ali məktəbdə isə birinci kursdan sonuncu  kursa qədər də tələbələr analoji qaydalara əməl etməlidirlər.
 
 Misir Mərdanov vurğulayıb ki, əgər orta məktəblərdə şagirdlər məktəbli  formasında dərslərdə iştirak etmirlərsə, o halda həmin şagirdin dərsə  buraxılıb-buraxılmaması məsələsini məktəb rəhbərliyi özü həll edir. 
 














