İlin son təbiət hadisəsi bir neçə saat davam edəcək
Azərbaycanda hava tutqun olmasa, Ay tutulmasını müşahidə etmək mümkün olacaq. Bunu şənbə günü Trend-ə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev deyib.
O bildirib ki, Ay tutulması saat 17:57-də başlayacaq və 1,5 saat davam edəcək.
Saat 18:00-19:00 arasında 50 dəqiqə müddətində tam tutulma müşahidə olunacaq.
Ay tutulmasının qeyri-adi hadisə olmadığını deyən rəsədxana direktoru bildirib ki, il ərzində Ay və Günəş tutulması kimi astronomik hadisələr 3-4 dəfə baş verir.
O, bu astronomik hadisənin insan orqanizminə mənfi təsiri olmayacağını deyib.
Qeyd edək ki, Ay və Günəş tutulması hallarında İslam şəriətinə görə, ayət namazı qılmaq vacibdir.