"Biz ancaq öz təəssüfümüzü ifadə edə bilərik ki, xarici işlər naziri kimi adlandırılan şəxs Azərbaycanın BMT TŞ-də qeyri-daimi üzvlüyünə aid olmayan məsələlərə toxunur"
Azərbaycan tərəfi təəssüfləndiyini bildirir ki, Ermənistanın xarici  işlər naziri Edvard Nalbandyan Azərbaycanın BMT Təhlükəsizlik Şurasında  qeyri-daimi üzvlüyünə aid olmayan məsələlərə toxunur. Bu barədə Trend-ə  Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev Nalbandyanın  ifadələrini şərh edərkən deyib.
“Biz  ancaq öz təəssüfümüzü ifadə edə bilərik ki, xarici işlər naziri kimi  adlandırılan şəxs Azərbaycanın BMT TŞ-də qeyri-daimi üzvlüyünə aid  olmayan məsələlərə toxunur. Erməni nazirin ixtilaflı, qeyri-məntiqi və  əsaslandırılmamış ifadələri onun beynəlxalq təşkilatların fəaliyyəti  barədə təsəvvürünün olmasına şübhə etməyə məcbur edir”, - Abdullayev  deyib.














