"Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Trans Anadolu qaz kəməri layihəsində (TANAP) 51 faiz iştirak haqqını özündə saxlamaq niyyətindədir".
Trend-in məlumatına görə, bu barədə jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, iştirak payının 20 faizi Türkiyədə qalacaq. Yerdə qalan 29 faiz isə yeni səhmdarlar arasında bölüşdürüləcək.
Abdullayev bildirib ki, layihədə pay əldə etmək üçün artıq Total, BP və Statoil kimi şirkətlər müraciət ediblər.
Bundan əvvəl o qeyd etmişdi ki, layihənin iştirakçıları qaz ehtiyatlarına malik şirkətlər olacaqlar.
Xatırladaq ki, iyunun 26-da Azərbaycan və Türkiyə TANAP layihəsinin reallaşdırılmasına dair hökumətlərarası müqavilə imzalayıblar.