Azərbaycan Qoşulmama Hərəkatına üzv olub

Bu barədə qərar İndoneziyanın Bali adasında keçirilən Qoşulmama Hərəkatının 16-cı Nazirlər Konfransında qəbul olunub

XİN mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, nazir Elmar Məmmədyarov konfransda çıxış edib.

Qoşulmama Hərəkatının bu günə qədər 118 üzvü vardı. Azərbaycan və Fici hərəkata qəbul edildikdən sonra üzvlərin sayı 120-yə çatıb. Azərbaycan indiyədək təşkilatda müşahidəçi statusu ilə iştirak edib. MDB ölkələrindən Belarus, Özbəkistan hərəkatın üzvü, Türkmənistan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ukrayna isə təşkilatda müşahidəçi statusuna malikdir.

В этом разделе