Azərbaycan-Polşa biznes forumu keçirilib

Prezident İlham Əliyev və Polşa Prezidenti Bronislav Komorovski biznes forumda iştirak edib.

Kənd təsərrüfatı və qida sənayesi, maliyyə, sənaye, bankçılıq, sığorta və digər sahələrdə fəaliyyət göstərən 20-dək polşalı iş adamının iştirak etdiyi biznes forumun keçirilməsindən məqsəd Azərbaycan və Polşa iş adamları arasında əməkdaşlığı inkişaf etdirmək, hər iki ölkənin iqtisadi potensialından yararlanaraq, ticarət dövriyyəsinin səviyyəsini artırmaqdır.

Dövlət başçıları forumun açılışında çıxış edib. Forumdan sonra prezidentlər İlham Əliyev və Bronislav Komorovski Dənizkənarı milli parkda gəzintiyə çıxdılar. Polşa Prezidentinə son illərdə sürətlə inkişaf edən Azərbaycanın paytaxtında görülən abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verildi.

В этом разделе