Azərbaycan Ordusunun əsgəri vəfat edib
APA-nın məlumatına görə, hadisə Şəmkir Hərbi Birləşməsinin hərbi  hissələrindən birində qeydə alınıb. 2010-cu ilin oktyabrında Nərimanov  Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 1992-ci il  təvəllüdlü Elçin Əli oğlu Kərimbəyli ürək tutmasından dünyasını  dəyişib. Mərhumun meyiti bu gün ailəsinə təhvil verilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.














