Azərbaycan Müdafiə Nazirliyi: Beynəlxalq konvensiyaları kobud şəkildə pozan Ermənistandır

Müdafiə Nazirliyi

“Könüllü sürətdə Ermənistandan qaçaraq Azərbaycan tərəfə keçən ermənilərin Azərbaycan kütləvi informasiya vasitələrinə açıqlamalar verməsi Ermənistan Müdafiə Nazirliyinin ciddi narazılığına səbəb olub və bununla bağlı rəsmi bəyanat veriblər”

Bu barədə Müdafiə Nazirliyi mətbuat Xidmətinin rəis müavini Teymur Abdullayevin APA-ya daxil olan açıqlamasında bildirilib. T. Abdullayev deyib ki, bəyanatda qeyd edilib ki, əsirlərin təzyiq altında danışdırılması beynəlxalq konvensiyalara ziddir və bununla əlaqədar olaraq onlar beynəlxalq təşkilatlara müraciət edəcəklər: “Əvvəla, Azərbaycan tərəfdə olan ermənilərə Ermənistandan fərqli olaraq nə işgəncə verilir, nə də onlara təzyiqlər edilir. Onlar normal şəkildə həyatlarını davam etdirirlər. Digər tərəfdən, Azərbaycan tərəfdə olan ermənilərin yazılı və elektron mətbuatı izləmək imkanları var və onlar baş verən prosesləri özləri görürlər. Məhz onlar özləri iki aya yaxındır şəhid olan Milli Qəhrəman Mübariz İbrahimovun cəsədinin hələ də qaytarılmamasına etiraz edirlər və bunu insanlığa sığmayan hərəkət kimi qiymətləndirirlər. Bundan başqa beynəlxalq konvensiyaları kobud şəkildə pozan Ermənistan tərəfdir. Sual olunur, Mübariz İbrahimovun cəsədinin onlarda olmadığını iddia edən və meyiti hələ də qaytarmayan, onun qolları bağlı cəsədinin şəkilini internetdə yayan ermənilər deyil? Erməni yalanı və məkri yenə də onları pis vəziyyətdə qoydu”.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi ordudan fərarilik edərək Azərbaycan tərəfə keçmiş erməni hərbiçilərin mətbuata açıqlamalar verməsini Azərbaycanın beynəlxalq konvensiyaları pozması kimi qiymətləndirib.

В этом разделе