Azərbaycani (XİN) İran tərəfinin etiraz notasını araşdırır
Bu barədə APA-ya açıqlamasında Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev deyib. O, araşdırmalardan sonra notaya münasibət açıqlanacağını bildirib.
Qeyd edək ki, Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov bu ölkənin xarici siyasət idarəsinə çağırılaraq, iki ölkə sərhədində baş vermiş silahlı insidentlə əlaqədar ona etiraz notası təqdim edilib.
Oktyabrın 19-da Azərbaycan-İran sərhədində baş vermiş atışmada bir iranlı sərhədçi həlak olub.