"Fələstinin ərazisi işğal olunub və bu fakta göz yuma bilmərik"
SalamNews məlumatına görə, bu sözləri Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov bu gün Bakıda keçirilən Azərbaycan Respublikasının müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı bildirib.
O deyib ki, "Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Ümumiyyətlə, Azərbaycan İslam dünyasını təmsil edən dövlətdir. Biz Fələstin məsələsinə dəstək verməliyik. Azərbaycan həmişə BMT Baş Assambleyasında Fələstinin lehinə səs verib
Nazir müavini deyib ki, "Fələstinin ərazisi işğal olunub və bu fakta göz yuma bilmərik. Eyni zamanda, bunu kifayət qədər əməkdaşlığımız və tərəfdaşlığımız olan İsrailə də çatdırmışıq".