İşğalçı rejimin terror təşkilatı Azərbaycanı hədələyir
Bu barədə APA-ya Azərbaycanın Macarıstandakı səfirliyinin ikinci katibi Eldar Əliyev məlumat verib. O bildirib ki, daxil olan son məktubda səfirlik əməkdaşlarının adları da çəkilir: “Macarıstan və Azərbaycanın müvafiq orqanları bu faktlardan xəbərdar edilib. Hədə-qorxulara baxmayaraq, səfirlik gücləndirilmiş mühafizə altında adi rejimdə işini davam etdirir”.
“AzərTac” dövlət agentliyi isə ASALA erməni terror təşkilatının Azərbaycan diplomatlarını və xarici ölkələrdəki azərbaycanlıları ölümlə hədələdiyi barədə məlumat yayıb. Məlumatda bildirilir ki, Ermənistan və erməni diasporu Ramil Səfərovun Azərbaycana verilməsi və əfv olunması ilə əlaqədar süni ajiotaj yaratmağa və beynəlxalq ictimai rəyi Azərbaycana qarşı yönəltməyə davam edir. Ermənistan hökumətinin qızışdırıcı, aqressiv mövqeyindən ruhlanan erməni terror təşkilatları Azərbaycanın xarici ölkələrdəki diplomatik missiyalarını, vətəndaşlarını hədəfə götürməklə hədələyirlər.
Uzun illərdir Qərbdə və bir sıra Şərq ölkələrində kök salmış erməni terror təşkilatları zaman-zaman fəallaşıb, çoxsaylı insan tələfatına səbəb olan aksiyalar həyata keçirib və öz missiyasını yerinə yetirdikdən sonra qeyri-leqal şəraitdə fəaliyyətini davam etdirib.
Sentyabrın 3-də Azərbaycanın Macarıstandakı səfirliyinə ASALA Fighters terror təşkilatından daxil olmuş sənəddə Azərbaycan diplomatları, xaricdə təhsil alan azərbaycanlı tələbələr, iş adamları, diaspor təşkilatlarının fəalları hədəf kimi göstərilir və onların qətlə yetiriləcəyi bildirilir.
XXI əsrdə beynəlxalq terrorizmə qarşı fəal mübarizə aparan dünya birliyi erməni terroru təhlükəsinə daha ciddi yanaşmalı, yaxın tarixdə baş vermiş çoxsaylı insan faciələrinin təkrarlanmasına yol verməməlidir.
ASALA terror təşkilatından Azərbaycanın Macarıstanda və bir sıra digər ölkələrdəki səfirliklərinə daxil olmuş məktubda deyilir:
“Azəri və türk qatillər!
Ramil Səfərov adlı bir qatili sərbəst buraxaraq ermənilərə qarşı zəfər qazandığınızı zənn edirsiniz, yanılırsınız. Erməni xalqı tarixin hər dönəmindən böyük acılardan keçib, ancaq hər zaman var olmağı bacarıb. Ermənistanı qərbdə Türkiyə, şərqdə Azərbaycan və müttəfiqləri olan sionistlər bir əhatəyə alıb. Ermənistana qarşı yürütdüyünüz siyasi, iqtisadi, əsgəri basqı daim fiasko ilə sonuclanıb. Bizim müqavimətimiz, şərəf və əzmimiz sayəsində, əhalimizin kiçik olmasına rəğmən, daim sizin pantürkist, erməni xalqını yoxetmə səylərinizi boşa çıxarıb.
Türk qatillərin keçən yüzilliyin sonunda həyata keçirtdikləri - türklərə yaraşan və 600 min erməninin qətli ilə nəticələnən soyqırımı bu gün də ermənilərin yaddaşında yaşayır. Biz bu soyqırımın intiqamını bu gün PKK-nın silahlı əməliyyatlarına dəstək və direktiv verərək artıqlaması ilə almaqdayıq.
Hər gün türk leşlərinin sayını yüksəltməkdəyik, o vaxta qədər ki, ölmüş türklərin sayı 40 min deyil, 600 minə çatacaq. Sizin qanlı, barbar, qonşu xalqlara qarşı olan sayğısızlığınız, nifrət və təcavüzkarlığınız, sizə 3 dəfə çox nifrət və intiqamla geri dönəcək. Sizi axıtdığınız məsum insanların qanında boğacağıq. Xocalıda qətl etdiyimiz azəri leşləri hələ də iylənərkən, Qarabağ sərhədində azəri əsgərlərinin leşlərinin sayını artırmaqdayıq.
Diqqət, sizə bu mesajı göndəririk.
Çox yaxında bütün azəri diplomatik nümayəndəliyinin əməkdaşları bu günə qədər tətbiq etmədiyimiz bir üsulla öldürüləcək.
Rəşad Səfərov – cəzan ölüm!
Eldar Əliyev - cəzan ölüm!
Anar İmanov - cəzan ölüm!
Lalə Səfərova - cəzan ölüm!
Hüseyn Cəfərov - cəzan ölüm!
Vüqar Əliyev - cəzan ölüm!
Gülnarə Məmmədova - cəzan ölüm!”