Anti-islamçılar bəyanat verdilər

"Tipik islam terrorunu lənətləyirik!”

“Biz Xəzər dənizi hövzəsində yerləşən, Rusiya və İranla qonşuluq etməyə məhkum olmuş, Qarabağ adlı ərazisi işğal edilmiş, keçmiş post-sovet ölkələrindən biriyik. Adımız Azərbaycandır. Torpağımızın altında zəngin neft, qaz, qızıl yataqları, üstündə isə hələlik çoxu ac, azı həddindən artıq tox yaşayan 9 milyonluq əhali mövcuddur. Elmə hələlik bəlli olan bir neçə minillik kültürümüzdə Şumerdən də, Misirdən də, Hinddən də nələrsə tapmaq mümkündür. Ancaq VII yüzillikdən başlayaraq biz zorla ərəb-islam kültür dairəsinə daxil edilmişik”. “Qafqazinfo”nun məlumatına görə, beynəlxalq təşkilatlara ünvanlanan belə bir bəyanatla Rafiq Tağının qətlinə etiraz edən bir qrup şəxs çıxış edib. Onların portalımıza daxil olan müraciətini olduğu kimi təqdim edirik: “Ərəb yarımadasından bizə yeridilən “dinul-ərəb”ə qarşı bir neçə əsrlik ümumxalq müqaviməti göstərmişik. Beş il sonra 1200 illiyini qeyd edəcəyimiz Babək Xürrəmdin Azərbaycan xalqı üçün bu şanlı müqavimətin simvoludur. Zorla müsəlmanlaşdırıldıqdan sonra da biz heç vaxt ortodoks islamı qəbul etmədik, tarixə təqib və qətl edilmiş sufilər vermişik. XIX yüzilliyin ortalarından etibarən biz rasional Qərb kültür məkanına inteqrasiya etməyə başlamışıq. Gələn il doğumunun 200 iliiyini qeyd edəcəyimiz maarifçi filosof və dramaturqumuz M. F. Axundovun dinə qarşı qaldırdığı inkar bayrağı altında XX yüzillikdə, demək olar ki, bütün intellektual nəsillərimiz toplandı. O, öz inkarının bir çox yenilikləri ilə K. Marks-ı, F. Nietzsche-ni qabaqlamışdı. XX yüz illikdə bütün müsəlman Şərqində ilk dəfə biz teokratik yox, demokratik respublika qurduq!
Bu günlərdə isə, XXI yüzilliyin ikinci onilliyində bu humanizm ənənəsinin növbəti təmsilçi və daşıyıcılarından biri olan, 61 yaşlı yazıçı Rafiq Tağı iki İran ayətullahının dörd il bundan öncə çıxartdığı ölüm hökmünün icrası ilə öldürüldü. Və qətl həyata keçirildikdən dərhal sonra İrandan, həmin ayətullahın oğlu tərəfindən Azərbaycan xalqına mətbuat vasitəsilə həyasızcasına təbriknamə göndərildi. Bu, Rafiq Tağıya yas tutan həmfikirlərə istehza idi! Bu, bizim gənc və dünyəvi dövlətimizə edilmiş həqarət və meydan oxuma idi! Bu, azadfikirli, islami istilahla desək, “mürtəd”i ölümə layiq bilən bir dinin hicabsız və burkasız üzü idi! Bu, bir fərdi təkcə, fiziki baxımdan yox etmək kimi adi cinayət hadisəsi deyil, eyni zamanda qətlin məqsəd və mənasını nümayişkaranə şəkildə bəyan edən tipik terror əməliyyatı idi!
Ziynətləri yox, niyyətləri gizlədən örtünü maska kimi cıran Rafiq Tağını biz fiziki olaraq qoruya bilməsək də, o, indi bizim üçün artıq bir simvoldur, dəyərdir, bayraqdır. Kimlərsə Rafiq Tağını ölümə layiq bildilər, biz də əksinə, bundan belə ona ölüm hökmü kəsən, bunu icra edən və sonra da gözüyaşlı ailəsinə təbriknamə göndərənlərin düşüncə tərzinə Rafiq Tağının gözü ilə baxacağıq. Beləliklə, islamın və İranın bu cür tarixi ləkələrdən artıq görünməz olmuş üzünə bir Rafiq Tağı ləkəsi də düşdü.
Biz sizə müraicət edirik! Uşaqlarımıza məcburi din dərsləri keçirilməsini istəyən, qadınlarımızı yenidən çadraya bürümək uğrunda küçələrə çıxan, əsərlərində quldarlıq quruluşunda yaranmış bir dini və 30 milyondan artıq soydaşımızı öz zülmü altında əsir saxlayan İranı tənqid etdiyi, Avropa dəyərlərini yaydığı üçün bir yazıçını ölümlə susduran təhlükə get-gedə böyüyür, arealı genişlənir. Dünənədək öz antipodlarını təhqir və təhdit etməklə kifayətlənənlər bu gün artıq əllərinə bıçaq götürməkdən, bir yazıçını küçənin ortasında öldürməkdən çəkinmirlər. Əgər biz və siz bu trendi sükunətlə qarşılayası olsaq, bu, onları cəsarətləndirə bilər. Bizim səsimizə səs verin! Səs verin ki, ortaq gələcəyimizin İran olmasına imkan verməyək. Biz öz dünyəvi dövlətimizi və tolerant yaşayış tərzimizi, söz və vicdan azadlığımızı qəzəblilərdən qorumaq istəyirik!
Biz aşağıda qol çəkən humanist və sekulyaristlər, bu qətldən mənəvi və intellektual zərərçəkənlər qətlin sifarişçisinin dünyagörüşünü, özünü, qətli icra edən(lər)i şiddətlə qınayır və bu – tipik islam terrorunu lənətləyirik!

1. Ağalar Məmmədov (fəlsəfə doktoru, Azərbaycan)
2. Fəxrəddin Hacıbəyli (jurnalist, Almaniya)
3. Firudin Cəlilov (professor, Azərbaycan)
4. Rəhman Bədəlov (professor, Azərbaycan)
5. Əli Abbasov (professor, Azərbaycan)
6. İshaq Ozanoğlu (Almaniya)
7. Zeynal Məmmədli (professor, Azərbaycan)
8. Aqil Abbas (millət vəkili, Azərbaycan)
9. İradə Tuncay (yazıçı, Azərbaycan)
10. Xədicə İsmayilova (jurnalist, Azərbaycan)
11. Mehriban Vəzir (yazıçı, Azərbaycan)
12. Zamin Hacı (yazar, Azərbaycan)
13. Şahbaz Xuduoğlu (naşir, Azərbaycan)
14. Seymur Baycan (yazıçı, Azərbaycan)
15. Əli Əkbər (yazıçı, Azərbaycan)
16. Əfqan Əhmədov (İngiltərə)
17. Qantural (yazar, Azərbaycan)
18. Elmin Həsənli (yazar, Azərbaycan)
19. Murad Köhnəqala (yazar, Azərbaycan)
20. Abbas Atilay (fotoqraf, Azərbaycan)
21. Zahir Əzəmət (yazar, Azərbaycan)
22. İlqar Cahangirov (əməkdar artist, Azərbaycan)
23. Mehriban Ələkbərzadə (rejissor-ssenarist)
24. Aqşin Yenisey (şair, Azərbaycan)
25. Etibar Əliyev (fəlsəfə doktoru, Azərbaycan)
26. Alov Eyvazova (fəlsəfə doktoru, Azərbaycan)
27. Natiq Cavadlı (jurnalist, Azərbaycan)
28. Ceyhun Musaoğlu (yazar, Azərbaycan)
29. Ramin Hacılı (“Dalğa” Gənclər Hərəkatının həmtəsisçisi, Azərbaycan)
30. Xalid Kazımlı (yazıçı-jurnalist, Azərbaycan)
31. Aysel Əlizadə (publisist, yazıçı, Azərbaycan)
32. Rəşad Şirin (siyasət analitiki, Azərbaycan)
33. Aydın Xan Əbilov (yazıçı-kulturoloq, Azərbaycan)
34. İsrail Musayev (dini təzyiqlə bağladılmış “Alma” qəzetinin keçmiş redaktoru, Azərbaycan)
35. Ülvi İsmayıl (QHT fəalı, Azərbaycan)
36. Yalçın İslamzadə (fizik, Azərbaycan)
37. Hacı Hacılı (təbiətşünaslıq doktoru, İçveçrə)
38. Elman Cəfərli (jurnalist, Azərbaycan)
39. Elçin Bayramlı (jurnalist, Azərbaycan)
40. Əhməd Muxtar (fotoqraf, Azərbaycan)
41. Yeganə Cansail (şair, Azərbaycan)
42. Əli Xəyyam (şair, Azərbaycan)
43. Orxan Nəbiyev (“Dalğa” Gənclər Hərəkatının sədri, Azərbaycan)
44. Tale Həsənov (jurnalist, Azərbaycan)
45. Fərəməz Novruzoğlu (jurnalist, Azərbaycan)
46. Pərviz Əzimov (jurnalist, Azərbaycan)
47. Şükür Feiyzi Nejat (Almaniya)
48. Məmməd Asangəran (Almaniya)
49. Həsən Ağayari (Almaniya)
50. Yaqub Babalar (Almaniya)
51. Hacı Hacıyev (dizayner, Azərbaycan)
52. Turxan Kerimov Qarışqa (bloqqer-jurnalist, Azərbaycan)
53. Sima Ənnağı (şair-tərcüməçi, Azərbaycan)
54. Alim və İlqar Tağıyev qardaşları (Rafiq Tağı ailəsi adından, Azərbaycan)

PS. Müraciət bir neçə dildə yayılır.
Bakı şəhəri, 2 yanvar, 2012-ci il


Birləşmiş Millətlər Təşkilatına, Avrupa Şurasına, Demokratik Qərb Dövlətlərinə, İnsan Haqları Təşkilatlarına, Sərhədsiz Reportyorlara, Demokratik Dünya İctimaiyyətinə, Dünya Sənət Adamlarına, Dünya Filosoflarına, Dünya Alimlərinə və bütün vicdanlı insanlara! (qafqazinfo)

В этом разделе