Qəzetin baş redaktoru da xəbəri təsdiqləyib
Bu xəbəri dəqiqləşdirmək məqsədilə "Salamnyus" informasiya agentliyi qəzetin baş redaktoru İsrail Musayevdən münasibət öyrənib.
O bu xəbəri təsdiqləyərək deyib: "Din xadimlərinin səyi nəticəsində, "Alma" qəzetinin fəaliyyəti qeyri-müəyyən müddətə dayandırlıb".
Musayev həmçinin qeyd edib ki, qəzet rəhbərliyinin Peygəmbəri (s) təhqir edən məqaləyə görə cəzalandırılacağı istisna edilmir. Lakin bu cəzanın nədən ibarət olması haqqında dəqiq fikir yürütmək hələ ki, çətindi.
Əlbəttə ki, bu barədə rəsmi qurumlar xəbər yaysaydılar daha yaxşı olardı.
Ola bilsin qəzetin rəhbərliyi bu cür xəbərləri yaymaqla cinayət məsuliyyətindən yayınmaq istəyirlər.