Qəbiristanlıqda torpaq satılması haramdır. Hətta pul verib ölünü dəfin etmək də haramdır.
SalamNews xəbər verir ki, bunu jurnalistlərə Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Şeyxülislam Hacı Allahşükür Paşazadə söyləyib. O deyib: ”Hər bir şəxs ölüsünü özü yumalıdır. Hər bir insan islam şəriətinə görə, 7 ölüsünü yumalıdır. Biz bütün şərait yaratmışıq ki, vəfat edən şəxsin sahibi ölüsünü yusun. Əgər yumursa, ölüyuyana verirsə, deməli, onun haqqını ödəməlidir".
"Bir çox məscidlərdə ölüləri 40 manata yuyurlar", - sualına QMİ sədri belə cavab verib: “Biz bu cür halların qarşısını almaq üçün mürdəşirlərə aylıq 500 manat əmək haqqı veririk. Ona görə də belə halların olmaması üçün insanlar ölülərini özləri yumalıdır”.