Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri İranın daxili işlər naziri ilə görüşündə Azərbaycandan avtobusla həcc ziyarətinə gedəcək zəvvarların təhlükəsizliyi ilə bağlı müzakirələr aparıb
QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Trend-ə bildirib ki, İdarənin sədri şeyxülislam hacı Allahşükür Paşazadə İrana səfəri zamanı bu ölkənin daxili işlər naziri Məhəmməd Nəccarla görüşüb.
Görüşdə  qarşılıqlı maraq kəsb edən məsələlərlə yanaşı, bu il həccə gedəcək  zəvvarların təhlükəsizliyi, sərhəd-keçid məntəqələrindən problemsiz  keçməsi ilə bağlı danışıqlar aparılıb.
Qurban bayramı noyabrın 6-da qeyd olunacaq, həcc karvanları oktyabrın 25-26-dan yola düşəcəklər.
Azərbaycandan  bu il 2 min zəvvarın həccə getməsi gözlənilir. Onlardan 1300 nəfərə  yaxını 40-41 ədəd avtobusla yola düşəcək. Zəvvarlarımız  Azərbaycan-İran-İraq-Səudiyyə Ərəbistanı marşrutu üzrə hərəkət  edəcəklər.
QMİ Azərbaycan Həcc missiyasının rəhbəri olaraq, həcc  ziyarəti ilə bağlı müqəddəs Məkkə və Mədinə şəhərlərinə səfərləri  Səudiyyə Ərəbistanının Həcc Nazirliyi ilə imzalanmış protokol əsasında  həyata keçirir.














