ADNA-da islamafobiya pik həddə çatıb

Akademiya rəhbərliyi ölkə konstitusiyasına zidd nizamnamə qəbul edib

Saqqallı və hicablı tələbələr Azərbaycan Dövlət Neft Akademiyasına buraxılmır. 313news.net-in məlumatına görə, akademiya daxilində bir müddətdir ki, davam edən qadağa, bu gündən rəsmən tətbiq olunmağa başlayıb. Belə ki, akademiyanın tələbələrinin verdiyi məlumata görə, artıq bir neçə həftədir ki, saqqallı və hicablı tələbələrə xəbərdarlıq edilirdi.

Akademiyadan isə tələbələrə bildiriblər ki, təhsil müəssisəsi daxilində qəbul olunmuş nizamnaməyə əsasən tələbənin geyimi dini və ifratçılıq mövqeyindən uzaq olmalıdır. Ali məktəbə saqqal və hicabla daxil olmaq qadağandır.

Tələbələr bu müddəanın ölkə konstitusiyasına zidd olduğunu və onları təhsil hüququndan məhrum etdiyini bildirsə də, ADNA rəhbərliyi təhsil ocağı daxilində konstitusiyanın yox, "daxili nizamnamənin" keçərli olduğu qənaətindədir.

Qeyd edək ki, bu ADNA-da baş verən ilk islamafobik addım deyil. Belə ki, hər il Aşura günü ərəfəsində rəhbərlik tələbələrə ciddi xəbərdarlıq edir və Aşura mərasimlərində iştirak edən tələbələrin qeyd-şərtsiz akademiyadan qovulacağını bildirir.

 

В этом разделе