ABŞ Bakıdakı İran bankına qadağa qoydu

Bakıda fəaliyyət göstərən İran bankı ABŞ-ın bu ölkəyə qarşı tətbiq etdiyi maliyyə sanksiyalarının təsiri altına düşüb

Bu barədə Birləşmiş Ştatların Maliyyə Nazirliyinin Xarici Maliyyə Əməliyyatlarına Nəzarət Ofisi (Office of Foreign Assets Control (“OFAC”) tərəfindən yayılan rəsmi məlumatda deyilir.

"Yeni Musavat"ın verdiyi məlumatda ABŞ-ın sanksiyalarının təsiri altına düşən İran banklarının və maliyyə qurumlarının adları, yerləşdikləri ünvanlar və digər informasiyalar da yer alır. Sanksiyaların təsiri altında olan İran banklarından biri də “Bank Melli İran”dır. ABŞ hökuməti təkcə bu bankın özünə qarşı deyil, onun xarici ölkələrdə, o cümlədən Bakıda fəaliyyət göstərən filiallarına qarşı da sanksiyaların tətbiq edildiyini açıqlayıb.
OFAC “Bank Melli İran”ın Bakıda yerləşən filialının hüquqi ünvanını da göstərib. Sözügedən Bankın Rusiyada, Türkiyədə, Honq-Konqda yerləşən filialları da sanksiyaların təsiri altındadır. Birləşmiş Ştatların Maliyyə Nazirliyi bildirir ki, həmin bank İranın nüvə proqramlarının və İnqilab Keşikçiləri Qvardiyasının maliyyələşdirilməsi üzrə əməliyyatları yerinə yetirən əsas maliyyə qurumlarından biridir. Sanksiyalara görə, İran banklarının və onların filiallarının ABŞ banklarındakı bütün aktivlərinə həbs qoyulur, həmçinin Amerika vətəndaşlarına və şirkətlərinə bu bankla hər hansı əməkdaşlıq qadağan edilir.

В этом разделе