
“Azərbaycan İsrail və ABŞ-a arxalanmaqla Qarabağın azadlığına çalışır. Bu siyasi cəhd baş tutmayacaq”
APA-nın  İran mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Təbrizdə  keçirilən tədbirdə İran İslam Respublikasının Şərqi Azərbaycan  vilayətinin valisi Əlirza Beygi deyib. O bildirib ki, Azərbaycan  Respublikasının torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal  edilib, Azərbaycan xalqı isə bu vəziyyətlə barışa bilmir: “Təəssüf ki,  Azərbaycan dövləti işğal olunmuş əraziləri qaytarmaq üçün düzgün yol  seçməyib. Qarabağın azadlığının yeganə yolu Azərbaycan dövlətinin İmam  Hüseyn məktəbinə qayıdışındadır. Lakin təəssüflər olsun ki, Azərbaycan  Respublikası qəflətdədir və məktəblərdə hicab qadağası və Məhərrəm  ayında əzadarlıq keçirmək istəyənlərə qarşı məhdudiyyətlər yaratmaq kimi  addımlarla ölkə şiələrinə əziyyət verir”.
 
 Ə. Beygi Azərbaycanın rəsmi şəxsləri ilə bu məsələlərə dair müzakirələr apardıqlarını da söyləyib.