
Türkiyənin “Takvim” qəzeti Azərbaycanın komitə sədri ilə bağlı maraqlı yaz dərc edib
Türkiyənin “Takvim” qəzetinin köşə yazarı Emin Pazarçının son yazısı Bakıdakı iki ildir qapalı olan Şəhidlər camesi haqdadır. Məscid ətrafında baş verənləri hekayə adlandıran yazar qeyd edir ki, bu ibadət ocağı ilə bağlı Türkiyə hökuməti ilə rəsmi Bakı arasında danışıqlar davam etsə də, sonuc alınmır.
“Came  Azərbaycan torpaqlarının müdafiəsində şəhid olan 1130 türkün xatirəsinə  inşa edilib. Şəhidlər Xiyabanının yanında və Azərbaycan Milli  Məclisinin qarşısında yerləşir. 1996-cı ildə tikintisi başa çatıb.  1990-cı illərin sonunda Süleyman Dəmirəl camedə namaz qıldı. Məscid iki  ölkə arasında dostluğun simvolu idi. Ortada heç bir problem yox idi. Bu  came, 2000-ci illərdə bir problemə çevrildi. Azərilər cami ilə bağlı  müxtəlif bəhanələr irəli sürməyə başladılar. Türklərin tikdiyi bu iki  minarəli məscidin qapadılması üçün çox çalışdılar. Nəhayət, 2008-ci ildə  məscidin qapısına kilid vuruldu. Əgər Türkiyə hökuməti qarışmasaydı  məscidi tamamən uçurub yerini meydan edəcəkdilər”. 
Ötən həftə Bakıda  olduqlarını yazan müəllif şəhəri gəzərkən Şəhidlər Xiyabanını ziyarət  etdiklərini və məscidinə də getdiyini, ancaq Şəhidlər məscidin qapısının  hələ də bağlı qaldığını, şahidi olduğunu yazır. Belə ki, ərazidə olan  azərbaycanlı məmurlar ibadət evinin bağlı olduğu, və buna səbəb kimi,  ətrafa çoxlu sayda insanların toplaşdığını və təhlükəsizlik problemi  yaratdığını deyiblər. Yazar qeyd edir ki, Azərbaycan hakimiyyəti məhz  nəqliyyatın vəziyyətini bəhanə edib. 
Bunun ardınca müəllif iki ölkə  arasında qalmaqal hesab olunacaq bir hadisədən yazır: “Azərbaycan və  Türkiyə hökuməti nümayəndələri məscidlə bağlı dəfələrlə bir araya  gəliblər. Çoxlu sayda görüşlər oldu, ancaq heç cür razılıq əldə etmək  mümkün olmadı. Ancaq son görüşlərin birində Azərbaycan din işləri naziri  (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzərdə tutulur-K.) Türkiyənin  Bakıdakı səfiri Hulusi Kılıça qəribə bir təklif verdi: ”Nədənsə  insanlar hər cümə günləri camenin ətrafına toplanırlar. Birlikdə çalışıb  cümə günləri toparlanan bu insanları həftənin digər günlərinə bölüb  buranı bir qədər rahatlaya bilərikmi?" Səfirimiz də İslamın və Cümə  namazının nə olduğunu bilməyən Azərbaycanın din işlərindən cavabdeh  nazirinə bunun mümkünsüz olduğunu anlatmağa çalışdı. Ardınca da bu görüş  haqda baş nazir Ərdoğanı məlumatlandırdı. Ərdoğan isə din işlərindən  cavabdeh olan, ancaq ən bəsit dini bilgilərdən xəbərsiz olan azəri  nazirin bu mövqeyinə xeyli qəzəbləndi. Bunun ardınca Türkiyə  “səmimiyyət” testi üçün hərəkətə keçdi. Azərbaycana “bəli” deyildi.  Diyanət işləri nazirliyinin tikəcəyi yeni və daha böyük bir came üçün  rəsmi müraciət olundu və Azərbaycan hökumətindən müvafiq yer ayırması  istənildi. İndi top Azərbaycan tərəfindədir. Görək, Azəri rəsmilər  Türkiyənin rəsmi müraciəti qarşısında necə addım atacaqlar". /Yeni Müsavat/