Azərbaycan və MDB » Azərbaycanlı zəvvarların Həcc ziyarətinə yola düşəcəyi tarixlər açıqlanıb

Azərbaycanlı zəvvarların 2011-ci ildə Həcc ziyarətinə yola düşəcəyi tarixlər dəqiqləşib

Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib. O bildirib ki, azərbaycanlı zəvvarların bir qismi müqəddəs ziyarətə avtobuslarla, bir qismi isə təyyarələrlə yola düşəcək: “Ümumilikdə 44 avtobus iki karvan şəklində gedəcək. Oktyabrın 23-ü yola düşəcək ilk karvanda 18 avtobus, oktyabrın 24-ü yola düşəcək ikinci karvanda isə 26 avtobus olacaq”.

Təyyarələr isə daha gec – 28-31 oktyabr tarixlərində zəvvarları Həcc ziyarətinə aparacaq. Ümumilikdə 5 təyyarə olmaqla oktyabrın 28, 30 və 31 oktyabr tarixlərində 1, 29 oktyabrda isə 2 təyyarə havaya qalxacaq.

Qeyd edək ki, QMİ Azərbaycan Həcc missiyasının rəhbəri olaraq, Həcc ziyarəti ilə bağlı müqəddəs Məkkə və Mədinə şəhərlərinə səfərləri Səudiyyə Ərəbistanının Həcc Nazirliyi ilə imzalanmış protokol əsasında həyata keçirir.

2011-ci ildə Azərbaycandan Həcc ziyarətinə ölkəmiz üçün nəzərdə tutulan kvotaya uyğun olaraq, 2 000 zəvvar avtobus və təyyarələrlə müqəddəs məkanlara yola düşəcək.

Ziyarət səfərləri avtobuslarla 2650 manat (keçən il 2500 manat olub), təyyarə ilə səfər edənlər üçün isə 3750 manat (keçən il 3500 manat olub) dəyərindədir. Bu məbləğə zəvvarların nəqliyyat, mehmanxana, viza xərcləri, torpaqbasdı vergisi, çadırların icarə haqqı daxildir.

Builki yeniliklərdən biri də QMİ-nin Həcc ziyarətinə avtobusla gedəcək azərbaycanlı zəvvarların marşrutunda dəyişiklik etməsidir. Belə ki, zəvvarlar bu il Suriyada baş verən hadisələrlə əlaqədar Həccə Azərbaycan-İran-İraq-Səudiyyə Ərəbistanı marşrutu üzrə hərəkət edəcəklər. Zəvvarlar Həcc ziyarətinə gedərkən və qayıdarkən İraqdakı müqəddəs yerləri, o cümlədən Kərbəlanı da ziyarət edə biləcəklər.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!