Azərbaycan və MDB » Saxlanılan dindarlardan birinin halı pisləşib

"Ramin Bayramova oruc tutmaq üçün şərait yaradılmır"

Avqustun 11-də MTN əməkdaşları tərəfindən saxlanılmış islamazeri.az internet qəzetinin redaktoru Ramin Bayramovun səhhətində problemlər var. Bu barədə qəzetimizə R.Bayramovun vəkili Elçin Namazov məlumat verib. Vəkilin sözlərinə görə, hazırda MTN təcridxanasında saxlanılan R.Bayramov oruc tutması, ibadət etməsi üçün şərait yaradılmır-"Yeni Müsavat" xəbər verir.

Belə ki, sabah sahur və sübh namazının vaxtını bilmək üçün Bayramova saat lazım olsa da təcridxana rəhbərliyi ona saat verməkdən imtina edib: “Hətta müstəntiq də xahiş edib, amma təcridxana rəhbərliyi icazə vermir. Saatın olmamasına görə Ramin Bayramov səhər yemək yemir, buna görə də qan təzyiqi düşüb. Başgicəllənməsi var”.
Vəkil onu da qeyd etdi ki, iş üzrə aidiyyətliliyin pozulmasına görə müdafiə etdiyi şəxs istintaq hərəkətlərindən, dindirilmədən imtina edib: “Biz hesab edirik ki, bu iş polis tərəfindən aparılmalıdır. Bununla bağlı vəsatət vermişik. Baş Prokurorluqla danışıqlar aparmaq istəyirəm ki, iş DİN-ə verilsin. Faktiki olaraq bu işi Abşeron Rayon Polis İdarəsi aparmalıdır”.
Elçin Namazov bildirdi ki, R.Bayramov barəsində həbs-qətimkan tədbirinin ləğv olunması tələbi ilə apelyasiya şikayəti verib. Eyni zamanda o, R.Bayramovun azad olunması üçün beynəlxalq təşkilatlara, jurnalist qurumlarına müraciət hazırladığını dedi.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!