Bəşər Əsəd hökuməti qiyamçı Deraa şəhərinə qoşun yeridib
Suriyada sayiş keşikçiləri Bəşər Əsədin istefasını tələb edən nümayişçilərə növbəti dəfə atəş açıblar. CNN telekanalının müxalifət nümayəndələrinə istinadən verdiyi məlumata görə, 8 nəfər ölüb. Məlumata görə, üç etiraz aksiyası paytaxt Dəməşqin yaxınlığında, daha birnəfər isə Livanla sərhəd bölgəsində güllələnib-ANS PRESS RBK-ya istinadən xəbər verir.
İki gün əvvəl Suriyanın qərbindəki Deraa şəhərində beş nəfər güllələnmişdi. Bu şəhərdə bir neçə həftədir “Bəəs” partiyasının və onun lideri Bəşər Əsədin siyasi diktaturasına qarşı etiraz aksiyaları keçirilir. Şahidlərin sözlərinə görə, hökumət qoşunları Deraa şəhərinə hücum ediblər. Şəhərə tank və zirehli maşınlar yeridilib.
Ötən həftə Suriya hakimiyyəti müxalifətin bəzi tələblərini yerinə yetirib. Ölkədə 48 ildir davam edən fövqəladə vəziyyət ləğv olunub. Bununla belə, etiraz aksiyaları səngiməyib. Aksiya iştirakçıları ictimai-siyasi vəziyyətin liberallaşdırılmasını, “Bəəs” partiyasının hakimiyyət üzərindəki sonopoliyasının aradan qaldırılmasını tələb edirlər.
Suriyadakı fəal etiraz aksiyalarının davam etdiyi beş həftə ərzində hökumət qoşunları ilə toqquşmalarda 350-dən çox adam ölüb. Bu barədə məlumatı hüquq müdafiəçiləri yayıblar.