Mə’lum olduğu kimi, Mühəmməd ibn Əbdülvəhhab hicrətin 12-ci yüzilliyində Nəcdin uzaq səhrasında, çöllüklərdə yaşayan sərt camaat arasında və müsəlmanlıq adət-ən’ənəsindən uzaq bir mühitdə dünyaya gəlmişdir. O da İbn Teymiyyə kimi Hənbəli məzhəbinin ardıcılı və “Həşv” əhli idi. İbn Teymiyyənin və onun şagirdləri İbn Təyyim Cövziyyənin, İbn Əbdülhadinin əqidə tə’limlərini öyrənmiş, bu yolda onları da ötüb keçmişdi. Belə ki, hətta bütün müsəlmanları kafir adlandırmış, müsəlman şəhər və ölkələri, o zaman vəhabilərin əlində olmayan Məkkə və Mədinəni “Darul-hərb” və “Darul-küfr” e’lan etmişdi. O, müqəddəs şəhərlərin işğalını və bütün islami dəyərlərin dağıdılmasını öz ardıcıllarına vacib sayırdı.