«Kəşfül-Həqayiq» Bakuvi, Quran Təfsiri (3 cild)

Quran elmləri arasında təfsir, ən geniş sahədir. İlahi kəlamın izah və açıqlanması Həzrət Peyğəmbərdən (s.ə.a) başlayaraq bu günə qədər davam etmişdir. Bu məqsədlə Quran tarixinə külli miqdarda ədəbiyyat daxil olmuşdur. Təbii olaraq, yazılan bu təfsirlərin əksəriyyəti ərəb dilində, bir qismi isə osmanlıca və fars dilində yazılmışdı.

Ərəb dilində təfsirlərin başa düşülməsinin çətinliyi səbəbilə müsəlmanların öz dilində oxuyub anlayacaq sadə bir təfsirə ehtiyac var idi. Məhəmməd Kərim Bakuvi belə bir əsər qələmə alaraq, azərbaycan türkcəsində ilk təfsiri ərsəyə gətirdi.

Təfsirin “Kəşfül-Həqayiq an Nukətil-Ayəti vəd-Dəqayiq / Ayələr və keyfiyyətlərinin incəlikləri haqqında həqiqətlərin kəşfi” adından da görüldüyü kimi əsas məqsəd xalqın Quranın izah və hökmlərinə diqqətlə baxıb görməsini təmin etmək, Quranın mənasının asan anlaşılması və uca qayəsindən həzz alınmasına xidmət etmək idi.

KİTABIN ÇAP EDİLMƏSİ VƏ ÇAP ŞƏKLİNDƏ PAYLANMASI QƏTİ QADAĞANDIR!

Файл
Детали
  • Просмотров
  • 6925
  • Загрузок
  • 3212
  • Тип файла
  • RAR
  • Размер файла
  • 42.11 Mb
Рейтинг

В этом разделе

  • 101 maraqlı mübahisə

    101 maraqlı mübahisəBismillahir-rəhmanir-rəhim Müqəddimə: İslamda elmi mübahisələr və onun, hədəflərin irəli aparılmasındakı rolu

    Şiəlik necə yaranmışdır?

    Şiəlik, başqa sözlə şiə adlı ideoloji və əqidəti bir məktəbin yaranma tarixi həm keçmişdə, həm də müasir dövrdə tədqiqatçı alimlərin diqqət mərkəzində...