Orta şərq » İranda A/H1N1 virusundan ölənlərin sayı 100 nəfərə çatıb
İranda A/H1N1 virusundan ölənlərin sayı 100 nəfərə çatıb

İran Səhiyyə Nazirliyi rəsmi məlumat yayaraq "donuz qripi"ndən ölənlərin son sayını açıqlayıb. Məlumata əsasən, ötən həftə A/H1N1 virusu 42 İran vətəndaşının həyatına son qoyub.


İranda A/H1N1 virusundan ölənlərin sayı 100 nəfərə çatıb

İran Səhiyyə Nazirliyi rəsmi məlumat yayaraq "donuz qripi"ndən ölənlərin son sayını açıqlayıb. Məlumata əsasən, ötən həftə A/H1N1 virusu 42 İran vətəndaşının həyatına son qoyub. Bununla da İranda ölüm faktlarının sayı 100-ə çatıb. Bu barədə İSNA xəbər agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, ötən həftə virusa yoluxanların sayı 2662 nəfərdən 3128 nəfərə qədər artıb.

MEHR xəbər agentliyinin məlumatına əsasən, İran Parlamentinin Elm və təhsil komitəsinin sədri Əli Kərimi Firuzcayi bu gün jurnalistlərə bildirib ki, ötən həftə ərzində A/H1N1 virusuna yoluxmuş 14 məktəbli və 3 tələbə ölüb.

İranda "donuz qripi"nə ilk yoluxma faktı iyunun 14-də qeydə alınıb. Virus Tehrana gələn İran əsilli 16 yaşlı amerikalı yeniyetmədə aşkar edilib. /trend/


Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!