Orta şərq » İranda həbs olunmuş üç əcnəbi jurnalist azadlığa buraxılıb
Bu barədə İranın İRNA xəbər agentliyi şənbə günü məlumat yayıb.Tehran şəhər prokuroru Abbas Cəfəri Dövlətabadi bildirib ki, noyabrın 4-də Beynəlxalq imperializmlə milli mübarizə günü keçirilən mitinqlər zamanı həbs edilmiş üç əcnəbi jurnalist azadlığa buraxılıb. Bu barədə İranın İRNA xəbər agentliyi şənbə günü məlumat yayıb.

Jurnalistlər İran ərazisində jurnalist fəaliyyəti ilə məşğul olmaq üçün lazımi rəsmi sənədləri olmadığından həbs edilmişdilər. Həbs olunan əcnəbi jurnalistlərin ikisi Almaniya, biri isə Kanada vətəndaşı idi. Jurnalistlərin hansı agentlik və ya televiziya üçün çalışdıqları barədə məlumat verilməyib.

Cəfəri Dövlətabadi Franspress agentliyinin iranlı jurnalistinin həbs olunduğunu təsdiqləyib və bildirib ki, onun lazımi rəsmi sənədləri ilə bağlı sorğu göndərilib və sorğunun nəticəsinə görə həmin jurnalist barədə qərar qəbul ediləcək. /trend/


Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!