Orta şərq » “Müsəlmanlar BMT-yə nativ bir qurum yaratmalıdırlar”
Dünən Tehranda cümə namazı qıldıran Əhməd Xatəminin arxasında “Amerikaya ölüm!” yazılan plakatlar bir çoxlarının diqqətini çəkib.Belə ki, o, öz xütbəsində BMT-nin ədalətin deyil, zülm və haqsızlığın tərəfində olduğunu deyib. “Dünya bütün xalqların mənafeyinə xidmət edən, ədalətli, insan haqlarına hörmətlə yanaşan yeni bir təşkilatın qurulmasına səy göstərməlidir. BMT-nin yalnız 5 ölkəyə “veto” hüququ verməsi ədalətlilik prinsipi ilə səsləşmir. 200-ə yaxın ölkə varkən bu, böyük bir haqsızlıqdır. Bütün bunlar sözügedən təşkilatın İsrailə xidmət etdiyini bir daha sübut edir”, - deyə Xatəmi bildirib. Habelə o, “Qoldstoun” hesabatına da toxunaraq, təşkilatın daimi üzvləri olan ABŞ, İngilərə və Fransanın bu hesabata “veto” qoymaq istədiyini də nəzərə çatdırıb. “Bu cür addımlar İsrailin onlar tərəfindən necə müdafiə edildiyini bir daha sübut edir”, - deyə Xatəmi xütbəsində xalqa səslənib. Nüvə enerjisi məsələsinə də toxunan Xatəmi belə deyib: “Bu sahədəki fəaliyyətimiz dinc məqsədlərə yönəlib. Fransadakı uranın zənginləşdirilməsi üçün təsis edilmiş müəssisələrin 10%-i İrana məxsusdur. Onlar da bizim hüquqlarımızı tapdalayıblar. 30 ilə yaxındır ki, bizə aid hüquqları geri qaytarmırlar. Bu sahədə biz Qərb ölkələrinə güvənə bilmərik. Əgər bizə məxsus olan 20% zənginlışdirilmiş uranı bizə verməsələr, öz alimlərimiz bu sahədə işlər aparacaqlar. İrana bu sahədə iş görməyə heç kim mane ola bilməz. Sonda qeyd etmək istəyirəm ki, İran xalqı ABŞ-a boyun əyməyəcək. Obama İranın daxili işlərinə qarışmayacağını iddia etsə də sözündə heç bir həqiqət yoxdur. Onlar İranı qarışdırmaq üçün hər cür hiyləyə əl atmağa hazırdırlar. Hətta keçən həftə konqresdə İran əleyhinə propaqanda üçün 50 milyon dollar ayrılması bunun bariz nümunəsidir”.

/timeturk/

/AzeriMuslims/


Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!