Orta şərq » İran Tehrandan imtina edir
Bundan sonra İslam ölkəsinin paytaxtı Tehran olmayacaqİran hökuməti paytaxtı Tehrandan köçürməyə hazırlaşır. Paytaxtın Tehrandan köçürülməsi onun seysmoloji cəhətdən təhlükəli ərazidə yerləşməsi ilə əsaslandırılıb. Qeyri-rəsmi məlumatlara görə, köçürülmə haqqında olan plan artıq ölkənin ali qanunverici orqanı tərəfindən təsdiqlənib.

Qeyd edək ki, növbəti paytaxtın hansı şəhər olacağı hələ ki, məlum deyil.

Xatırladaq ki, Tehran 1975-ci ildən İran İslam Respublikasının paytaxtıdır. Tehranla yanaşı, müxtəlif illərdə İsfahan, Qəzəvin, Şiraz və Həmədan İranın paytaxt şəhərləri olub. /anspress/


Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!